Əsas Səhifə > Ana xəbər / Güney Press > Bakı Baş Səhiyyə Mərkəzinə yeni direktor müavini təyin edilib

Bakı Baş Səhiyyə Mərkəzinə yeni direktor müavini təyin edilib


Bu gün, 10:29

Nərgiz Talıb qızı Şərifova Bakı Baş Səhiyyə Mərkəzinə direktor müavini təyin edilib.

Bu barədə "DİA-AZ"a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Nərgiz Şərifova 2023-cü ildən hazırkı təyinatınadək Azərbaycan Tibb Universitetinin (ATU) I uşaq xəstəlikləri kafedrasının assistenti, ATU Tədris Cərrahiyyə Klinikasının Yenidoğulmuşların intensiv terapiyası şöbəsində həkim-neonatoloq vəzifəsində çalışıb. O, 1-ci dərəcə dövlət qulluqçusudur.


Geri qayıt