Əsas Səhifə > Ana xəbər / Güney Press > Dövlət Agentliyi “Saf Hospital”da pozuntu aşkarladı: 5 min manat cərimə yazıldı
Dövlət Agentliyi “Saf Hospital”da pozuntu aşkarladı: 5 min manat cərimə yazıldıBu gün, 10:01 |
|
Bakının Nərimanov rayonunda fəaliyyət göstərən “Saf Hospital” Məhdud Məsuliyyətli Cəmiyyət inzibati məsuliyyətə cəlb edilib. Teleqraf-ın əldə etdiyi məlumata görə, Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsi tərəfindən MMC-də araşdırma aparılıb. Araşdırma zamanı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı aşkar edilib. Nəticədə MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə protokol tərtib edilib. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə MMC 5 min manat cərimə edilib. Geri qayıt |