Əsas Səhifə > Ana xəbər / Güney Press > "Sədərək" və "Binə" köçürülsə: Bakı tıxacdan çıxacaq?
"Sədərək" və "Binə" köçürülsə: Bakı tıxacdan çıxacaq?Bu gün, 07:09 |
|
Paytaxtın əsas nəqliyyat arteriyalarından biri olan Xocahəsən yolu son dövrlərdə sürücülər üçün ciddi problemə çevrilib. Günün gur saatlarında müşahidə olunan sıxlıq həm vaxt itkisinə, həm də ümumi hərəkət təhlükəsizliyinə mənfi təsir göstərir. Mövcud vəziyyət nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və hərəkətin daha effektiv tənzimlənməsi məsələsini yenidən gündəmə gətirir. Bəs bu tıxacların aradan qaldırılması üçün hansı tədbirlər görülməlidir? Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı “Cebheinfo.az”-a bildirib ki, Xocahəsən yolundakı tıxaclarla bağlı sürücülər əziyyət çəkir: “Bu yolda hərəkətin ciddi şəkildə tənzimlənməsinə ehtiyac var. Bu ehtiyacı qarşılamaq üçün dövlət proqramlarında müəyyən addımların atılması nəzərdə tutulur. Xırdalan istiqamətindən, eyni zamanda Xocahəsən ərazisindən alternativ yolların çəkilməsi və mövcud yol şəbəkəsinin genişləndirilməsi nəzərdə tutulur. Bu gün həmin ərazilərin tənzimlənməsi nəqliyyat axınını xüsusilə sürətləndirə bilər. Hər gün “Ekologiya postu”nu keçdikdən sonra həmin yollardakı sıxlığın şahidi oluruq. Ərazidə tıxacın yaranmasına səbəb kimi bəzən “Sədərək” və “Binə” ticarət mərkəzlərinə gediş-gəlişin çox olması göstərilsə də, əslində bu belə deyil. Bu ticarət mərkəzlərinin ərazisi kifayət qədər boşdur və bu boşluqda belə, mərkəzlərin yerləşdirilməsi məqsədəuyğun olub. Sadəcə, bu istiqamətdə yollar elə tənzimlənməlidir ki, yollarda belə çətin situasiyalar yaranmasın. Ticarət mərkəzləri istiqamətində görüləcək tədbirlərdən biri də mərkəzlərin işə başlama və bitirmə saatlarının dəyişdirilməsi ola bilər. Bu, hər kəsin eyni saatda giriş və çıxışını tənzimləməyə kömək edər”. Ekspert qeyd edir ki, bu kimi tədbirlərin görülməsi həmin yollarda yaranan tıxacın qarşısını ala bilər. Geri qayıt |