Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycanda FETÖ izi
Azərbaycanda FETÖ iziBu gün, 07:04 |
|
Fəthullah Gülənin başçılığı ilə 1960-cı ilin sonlarında Türkiyə Cümhuriyyətinin İzmir şəhərində ortaya çıxan və dini-ideoloji bir cərəyan kimi xarakterizə olunan FETÖ-nun ciddi təhlükəsi bir vaxtlar, bu qardaş ölkə kimi, dövlət müstəqilliyini yenicə qazanan Azərbaycanda da daha çox hiss olunurdu. Onda, mənbəyi məlum olmayan böyük maliyyə qaynağı ilə, müsəlman olub-olmamasına baxmayaraq, dünyanın əksər ölkəsi ilə bərabər Azərbaycanda da universitetlər, litseylər, hazırlıq kursları açmaqla Fətullah Gülənin kitablarını geniş yayan, hətta yüksək gəlirli onlarla geniş biznes şəbəkəsi yaradan, kütləvi informasiya vasitələrinin gücündən və internetin imkanlarından geniş istifadə hesabına ictimai-siyasi məsələlərə müdaxilə etməkdən çəkinməyən, dövlət qurumlarına nüfuz etməklə öz adamlarını strateji strukturlarda yerləşdirmək istiqamətində ciddi səylə çalışan və adları gah gülənçilər, gah nurçular, gah fətullahçılar... olaraq çəkilən FETÖ-çuların ölkəmizə daha geniş ayaq açması bu təhlükədən doğan qorxunun getdikcə artmasına rəvac verirdi.Bunun səbəbi Türkiyədə baş verən məlum 15 iyul hadisələrdən sonra bizə də məlum oldu. FETÖ 65-ci Türkiyə hakimiyyəti tərəfindən terror təşkilatı olaraq elan edildi və bu barədə məlumat bütün qaranlıqlara aydınlıq gətirdi. Alınan əlavə məlumatlar da onu deyirdi ki, bu fəthullahçı terror örgütünün əsas məqsədi dövlətin bütün sistemlərində İslam hökmlərinin işləməsinə nail olaraq, teokratik İslam diktaturasının qurulmasını reallaşdırmaq olub.Bəli, Türkiyədə baş verən dövlət çevrilişinə cəhd istiqamətli həmin hadisələr bunun bariz sübutuydu. Yəni, gülənçilər din pərdəsi altında siyasi planlarını həyata keçirmək istəyirdilər. Ən aktiv olduqları sahə təhsil sahəsi, məqsədləri maarifləndirmə yolu ilə beyinləri ələ, dövlət və hökümət təşkilatlarına sızaraq idarəçiliyi ələ keçirmək idi. “Demokratik yol”la dövlət idarəetməsini ələ keçirmək ilkin hədəfi olan Fətullah Gülən ilkin olaraq dünyəvi, demokratik və sosial hüquqi dövlət olan Türkiyə Respublikasına son qoyub, şəriət qanunlarının hakim olduğu İslam dövlətini yaratmaq arzusuyla yaşayırdı. Türkiyə ilə yanaşı türkdilli və müsəlman ölkələrdə də məqsədlərinin icrası hədəfini güdürdü. Orta Asiya və Azərbaycanda da dövlət rejimini istismar etmək üçün, dini və siyasi fəaliyyətini daima aktiv şəkildə qoruyub saxlamağı bacarırdı.Ona görə də, mənbəyi məlum olmayan maliyyə qaynağı ilə Türkiyə və digər ölkələrdə güclü təşkilati əsaslara malik olan bir qurum kimi tanınan FETÖ-nun törətdiklərinin indiyədək Azərbaycandan yığışdırılması mümkün olmayıb. Çünki güclü maliyyə rıçaqları olan bir təşkilatın üzvləri çox oyunlardan çıxmağı bacarırlar.Deyilənlərə görə, "Ram Holdinq"in sahibi Rüfat Məcidov da FETÖ üzvüdür. Son vaxtlar mətbuat olaraq, onun rəhbərlik etdiyi "Ram Holdinq"in törəmə şirkətləri AİSCO MMC, PRIOR LIZING, AGRIGO MMC haqqında yazmağa başlamışıq. Etibarımızı qazanan informasiya mənbələri də öz məlumatları ilə təsdiq edirlər ki, bu MMC-lər bu qruplaşmaya yaxındırlar. Əsasən, Türkiyə liseylərini 1998-ci ildə bitirən və ya FETÖ üzvləri "Ram Holdinq"in xətti ilə fəaliyyət göstərirlər.Vergidən yayınma bunların əsas işlərindən biri olmaqla yanaşı, köhnəlmiş malların da satışı əsas iş prinsiplərindən biridir. FETÖ üzvü olmayanları işdən çıxarmaq onlar üçün bir vərdiş halını alıb. Ağıllarına gələn hər kəsi sıxışdırmaqdan belə çəkinmirlər.Rüfət Məcidov (əsl soyadını dəyişdirib) özü 1995-ci ildə litseydən ayrılıb. Bu, Bakı Türk İqtisad Kolleci olub. Əvvəlcə 1993-1995-ci illər arasında Qubanın Zərdabi qəsəbəsində fəaliyyət göstərib. Daha sonra 1995-ci ildən 1997-ci ilə qədər Bakının Yasamal rayonunda fəaliyyət göstərib. Bundan sonra, 1997-ci ildə Şirvan (keçmiş Əlibayramlı) şəhərinə köçüb və bağlanana qədər orada fəaliyyət göstərib.Hazırda "Ram Holdinq"lə əlaqəli olan AİSCO şirkəti FETÖ üzvləri iddia olunan Neman Nadirov və Zaur Quliyev kimi şəxslər tərəfindən idarə olunur. Adları çəkilən şəxslər 2014-cü ildə Türkiyədə FETÖ bankı hesab edilən "Bank Asia" üçün Azərbaycandan vəsait toplamaqda fəal rol oynayıblar. Bu şəxslər Azərbaycan vətəndaşları olduqları üçün Türkiyə dövləti onlara toxunmayıb. Xüsusi vurğulayaq ki, zamanında FETÖ-çu Türk vətəndaşları tərəfindən idarə olunan bütün biznes imkanları hazırda Azərbaycan vətəndaşları olan FETÖ-çular tərəfindən idarə olunur.Bu barədə etibarlı mənbə tərəfindən redaksiyaya ötürülən təkzibolunmaz faktlar var. Dəqiqləşdirmə gedir deyə, yazını burada nöqtəliyirik. Maraqlı yazımız olacaq, bizi izləyin.Gundemxeber.com Geri qayıt |