Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycan nümayəndə heyəti Ermənistana səfər edəcək
Azərbaycan nümayəndə heyəti Ermənistana səfər edəcəkBu gün, 10:36 |
|
Ermənistan Xarici İşlər Nazirliyinin 5-6 may tarixlərində keçiriləcək illik İrəvan Dialoqu Diplomatiya Forumunda Azərbaycan və Türkiyədən nümayəndələr də iştirak edəcəklər. Publika.az xəbər verir ki, bu barədə “Azatutyun” məlumat yayıb. Bildririlib ki, müzakirələrdə həmçinin vətəndaş cəmiyyətinin qarşılıqlı səfərləri çərçivəsində artıq İrəvanda olmuş Topçubaşov Mərkəzinin rəhbəri Rusif Hüseynov da iştirak edəcək: “Digər Türkiyə və Azərbaycan ekspertləri də İrəvan forumunda iştirak edəcəklərini təsdiqləyiblər”. İrəvan Forumunda Ankaranın Ermənistan-Türkiyə nizamlama prosesi üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç da iştirak edəcək. Kılıç erməni həmkarı Ruben Rubinyanla Cənubi Qafqazda sülh mövzusunda panel müzakirəsinə qatılacaq. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibinin birinci müavini Merve Kavakçı da Türkiyədən Ermənistana gələcək. Geri qayıt |