Əsas Səhifə > Ana xəbər / Güney Press > Su var, bəs ədalətli bölgü olacaqmı?
Su var, bəs ədalətli bölgü olacaqmı?Bu gün, 09:12 |
|
Bu il Naxçıvanda yağıntıların bol olması su anbarlarında kifayət qədər su toplanmasına səbəb olub. Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin məlumatına görə, ümumilikdə 37 su anbarına 250 milyon kubmetrdən artıq su yığılıb.
Bu göstərici ötən illə müqayisədə 30 faiz çoxdur.
İdarədən bildirilib ki, mövcud su ehtiyatı əkin sahələrinin suvarılması üçün kifayət edəcək.
Lakin yerli sakinlər və fermerlər fərqli mənzərəni təsvir edir. Onların sözlərinə görə, su anbarlarında suyun bol olmasına baxmayaraq, bölgü ədalətli aparılmır və hər il əkin sahələrinin bir hissəsi susuz qalır.
Fermerlər iddia edir ki, suyun böyük hissəsi məmurlara məxsus sahələrə yönləndirilir. Onların sözlərinə görə, bir tərəfdə su boşuna axıdıldığı halda, digər tərəfdə sadə fermerlərin sahələri susuz qalır.
"Gündəlik Naxçıvan"
Geri qayıt |