Əsas Səhifə > Ana xəbər / Güney Press > Mina üstündəki ONKOLOGİYA MƏRKƏZİ...

Mina üstündəki ONKOLOGİYA MƏRKƏZİ...


Bu gün, 07:43

"Onkoloji Mərkəzdə baş verən hadisə ilə bağlı dünən redaksiyada müzakirə aparanda əməkdaşlar sual verdi, görəsən, bu partlayış nədən olar, klinikada qaz olmur?.." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Nailə Babayeva yazıb 

O daha sonra fikrini belə davam etdirir: "Qızlara dedim yəqin hansısa həkim xəstəni cana yığıb o da qumbara kimi bir şey götürüb onu partladıb. Güldülər. Odur ki, prokurorluğun bəyanatını oxuyanda çaşmadım. Mənim yaşadığım binada xadimə işləmiş və dördüncü dərəcəli xərçəng xəstəsi olan xanımdan bu Onkoloji Mərkəzin xanım həkimi kimaterapiya üçün böyük məbləğ istəmişdi. Qız demişdi indi yoxumdur yarısını verim gələn həftə düzəldib gələrəm. Həkim demişdi “ oğluna qızına tapırsan həkimi sakit görübsən mənə tapmırsan?” . Halbuki xanım pulun yarısını təklif etmişdi. Amma ona xidmət göstərməmişdi. Çox əsəbləşdim . Çünki büdcədən bu mərkəzə pul ayrılır və onkoloji müayinə və müalicə pulsuz olmalıdır. Düzü istədim ictimailəşdirim. Dedi ki, etmə birdən məndən imtina edər ya da pis müalicə yazar, əvəz çıxar. Qarışmadım.cana yığılan xəstə beləsinin öhdəsindən necə gəlsin? O mərkəzdəki hərcmərclikdən illərdir danışılır. Heç bir tədbir görülmür. Bir gün belə hadisə baş verməli idi.Həkimlər bilməlidir ki dördüncü dərəcəli xərçəng xəstəsinin onsuz da bir ayağı qəbirdədir . İtirəcəkləri bir şey yoxdur. Təbii mən iddia edə bilmərəm ki, bu ağır yaralı olan həkimi xəstə nədən öldürmək qərarına gəlib. Özü də olmasa xəstə yaxınları bunun səbəbini istintaqa deyər və əgər rüşvət ostəyibsə istintaq həkimi cəzalandırar, ya da. İstəməyibsə cəza tətbiq etməz. Amma rüşvət istədiyini desələr, çaşmaram..."


Geri qayıt