Əsas Səhifə > Ana xəbər / Güney Press > Balaş Qasımov İTV-də QALASI OLDU...
Balaş Qasımov İTV-də QALASI OLDU...Bu gün, 10:03 |
|
Son günlər ictimaiyyət arasında, xüsusilə media ictimaiyyəti arasında İctimai Televiziyanın hazırkı baş direktoru Balakişi Qasımovun vəzifəsindən gedəcəyi və yenidən namizəd olmayacağı barədə məlumatlar yayılıb. Bununla bağlı indiyə qədər hər hansı bir açıqlamanın verilməməsi suallar doğururdu. "DİA-AZ" xəbər verir ki, manset.az ictimaiyyətdə geniş müzakirə olunan bu məsələ ilə bağlı İTV-nin hazırkı baş direktoru Balakişi Qasımovdan açıqlama ala bilib. O, açıqlamasında yenidən namizəd olub-olmayacağı ilə bağlı məsələlərə aydınlıq gətirib: “İnşallah, bu həftə bu barədə qərar verəcəyəm. Böyük ehtimalla yenidən namizəd olacağam.”
“Mən şayiələri şərh etmək istəmirəm, indiyədək də etməmişəm. Bu, şayiədir, qeyri-ciddi məlumatdır”.
“Seçildikdən sonra da yeniliklər olacaq”. Qeyd edək ki, Balakişi Qasımovun yenidən namizəd olmayacağı, AzTV-yə sədr təyin olunacağı, AzTV sədri Rövşən Məmmədovun daha yüksək posta təyin ediləcəyi, “Space” televiziyasının sabiq rəhbəri Vado Korovinin isə İctimai Televiziyaya baş direktor gətiriləcəyi ilə bağlı məlumatlar yayılmışdı. Geri qayıt |