Əsas Səhifə > Ana xəbər / Güney Press > "Biz regionda yeganə ölkəyik ki, hələ də normal distant təhsil sistemi qura bilməmişik"

"Biz regionda yeganə ölkəyik ki, hələ də normal distant təhsil sistemi qura bilməmişik"


Bu gün, 07:35

"Azərbaycan Respublikası Prezidenti "Azərbaycan Respublikasında rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər" haqqında Fərman imzalayıb. (fərman şərh bölümündə verilib.)
Fərmana əsasən Azərbaycan Respublikasında rəqəmsal inkişafın prioritet istiqamətlərin müəyyənləşdirilməsi, milli texnoloji potensialın gücləndirilməsi, rəqəmsal suverenliyin möhkəmləndirilməsi, innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsi, həmçinin bu sahədə dövlət siyasətinin vahid və əlaqələndirilmiş şəkildə həyata keçirilməsi nəzərdə tutulur..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında paylaşan tanınmış təhsil eksperti İlham Əhmədov olduqca ilginc məqamlara da toxunub.
Ekspert öz postunda belə davam edir: "Bu məqsədlə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurası yaradılır. Bu fərman son 1 ildə rəqəmsal iqtisadiyyata keçidlə əlaqədar verilmiş əvvəlki fərman və sərəncamların məntiqi davamıdır. 
Bu və əvvəlki sərəncamlar ölkənin postneft dövrünə transferini təmin etmək məqsədi daşıyır. Bu sərəncamların icrasında ETN-nin xüsusi rolu olmalıdır. Çünki, belə elmi-texnoloji yönlü dövlət layıhələrinin icra səmərəsi ölkədəki rəqəmsal insan kapitalının səviyyəsindən çox asılıdır.
Təəssüf ki, ölkəmizdə istər insan kapitalının yaradılması, istərsə də təhsilin rəqəmsallaşması istiqamətində son 25 ildə heç bir ciddi uğura imza atılmayıb. Təhsildə sistemsiz, səmərəsiz, yarımçıq və bahalı informasiyalaşma proqramları, icra edilən layihələr təhsilin və insan kapitalının inkişafına təkan verə bilməmişdir.
Biz regionda yeganə ölkəyik ki, hələ də normal distant təhsil sistemi qura bilməmişik. Amma təhsil sistemi məcburiyyət qarşısında tez-tez bu texnologiyaya müraciət etməli olur.
ETN -nin bugünkü menecer heyəti, bu ciddi dövlət əhəmiyyətli məsələlərin həllinə, peşəkarlıq baxımından hələ də hazır deyil.
 
Fərmanda qeyd edilir ki, yerli və xarici ekspertləri, mütəxəssisləri, beynəlxalq təşkilatları, elmi müəssisə və təşkilatları .... cəlb etməklə işçi qruplar yaradılsın.
Bu istiqamətdə tərəfimizdən konkret təkliflər mərhələlərlə irəli sürüləcəkdir..."

Geri qayıt