Əsas Səhifə > Ana xəbər / Güney Press > “Xalq Kapital İnvestisiya Şirkəti”nin direktoru dəyişdirilir
“Xalq Kapital İnvestisiya Şirkəti”nin direktoru dəyişdirilirBu gün, 15:57 |
|
“Xalq Kapital İnvestisiya Şirkəti” QSC-nin Direktorlar Şurasının sədri dəyişdikdən sonra icraçı direktor da dəyişdirilir. Banker.az-ın əldə etdiyi məlumata görə, Fərəc Axundov Tahir oğlu icraçı direktoru vəzifəsindən ayrılıb. Onun yerinə Fəridə Laçınova Cavad qızı təyin edilib. Lakin o bu vəzifədə müvəqqəti icraçıdır. Axundov 2024-cü ildən bu vəzifəyə təyin edilmişdi. Bundan öncə isə “Xalq Kapital İnvestisiya Şirkəti” QSC-nin Müşahidə Şurasının sədri dəyişdirilib. Səhmdarların Ümumi Yığıncağının qərarı ilə Elxan Ağayev Muradxan oğlu müvafiq vəzifəyə təyin edilib. O bu vəzifədə Xəzər Bağırlı Arif oğlunu əvəz edib. Xatırladaq ki, “Xalq Kapital İ.Ş.” 2017-ci ildə təsis edilib və onun 420 min manat nizamnamə kapitalı var. Kapitalın 100%-i “Xalq Bank” ASC-yə məxsusdur. Geri qayıt |