Əsas Səhifə > Ana xəbər / Güney Press > Naxçıvanda linqvistik tərəqqi: Axır ki, Ali Məslisin sədrini anlayan biri olacaq
Naxçıvanda linqvistik tərəqqi: Axır ki, Ali Məslisin sədrini anlayan biri olacaqBu gün, 10:25 |
|
"Naxçıvan Ali Məclisinin sədr əvəzi Bəxtiyar Məmmədovun Azərbaycan dilində bilmədiyini və bəzən rusca danışdığından Muxtar deputatların onu başa düşmədiklərini bildirmişdik..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Heydər Oğuz qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Və Naxçıvan dərəbəylik hökumətinə önəmli məsləhətlərdə bulunmuşduq: “Sədrə verilən 15 min manatlıq maaşa 200-300 manat da əlavə olunsun və bu pulla hörmətli sədr əfəndi Azərbaycan dili müəllimi tutsun ki, rəsmi dövlət dilimizdə də qırıldatmağı öyrənsin, bəlkə hörmətli deputatlar onun nə dediyini anlaya bilsinlər”.
Deyəsən, səmərəli təklifimiz Naxçıvan Muxtar Dərəbəyliyi tərəfindən qəbul olunub və Bakıdan müəllim tutmağa qərar verilib. Amma görünür, təklifimizi rusca yox, Azərbaycanca bəyan etdiyimizdən fikrimiz səhv anlaşılıb. Necə deyərlər, Marksı yalnız Lenin başa düşmüşdü, o da səhv anlamışdı.
Dərd burasındadır ki, Bakıdan tutulan və tez-tez Bakı-Naxçıvan reysi ilə dil öyrətməyə gedən müəllim Azərbaycan dili yox, rus dili müəllimidir. Üstəlik, o, dili Ali Məclisinin sədr əvəzinə yox, tendersatan nümayəndə Ceyhun Cəlilova öyrədir. Yəqin Ceyhun müəllim Bəxtiyar Məmmədovu təkcə özünün başa düşməsini kifayət sayıb, ona görə də özü onun dilində öyrənməyə qərar verib.
Yenə cəhənnəm, Naxçıvanda Bəxtiyar müəllimi başa düşən biri olacaq. Bunun özü də bir tərəqqidir..."
Geri qayıt |