Əsas Səhifə > Ana xəbər / Güney Press > TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır...
TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır...Bu gün, 08:28 |
|
"Bu günlər gündəmi ən çox zəbt edən,ən çox müzakirə olunan məsələ bir sıra səhiyyə müəssisələrinin rəhbərlərinin işdən azad olunmalarıdır..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış tibb işçisi Faiq Məmmədli qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Burada təəccüblü heç nə yoxdur,azad olunanlar iri Səhiyyə Müəssisələrinin (işçilərinin sayına, büdcənin həcminə və fəaliyyət növlərinə və s...) rəhbəri olublar, iddia olunur ki, Maliyyə nazirliyi və Hesablama palatası adıçəkilən tibb ocaqlarında böyük miqdarda maliyyə pozuntuları aşkar ediblər. Hətta deyilir ki, indi sabiq direktorlar dövlət büdcəsinə dəyən ziyanın "müalicə"si ilə məşğuldurlar... Azad olunanlar V.Qurbanovun nepotizm (qohumbazlıq), protektsionizm (himayə etmək, dalında durmaq), favoritizm (yerlibazlıq,dostbazlıq) və digər mənfi meyarlarla təyin etdiklərinin çox cüzi bir hissəsidir.
TƏBİB pasiyentə xəstə kimi yox, maliyyə mənbəyi -bankomat kimi baxdığından bir qrup məmur xeyli zənginləşdi..."
Geri qayıt |