Əsas Səhifə > Ana xəbər / Güney Press > Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub

Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub


Bu gün, 15:01

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində yeni kadr təyinatı olub.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, Seymur Bayramov İRİA-nın Biznesin inkişafı və ticarət departamentinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

O, bu təyinatadək Azərbaycan Sahibkarlar Konfederasiyasında Sahibkarlarla iş və iqtisadi təhlil şöbəsinin müdiri, daha əvvəllər isə Qarabağ Dirçəliş Fondunda Fandreyzinq və kommunikasiya şöbəsinin aparıcı mütəxəssisi vəzifəsində işləyib.


Geri qayıt