Əsas Səhifə > Ana xəbər / Güney Press > Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir?
Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir?Bu gün, 05:46 |
|
Azərbaycanda ət bazarında qiymət artımı və idxaldan asılılığın güclənməsi son dövrlərdə daha qabarıq şəkildə özünü göstərir. Rəsmi statistika da təsdiqləyir ki, daxili istehsal tələbatı tam ödəyə bilmir və nəticədə xaricdən gətirilən ət məhsullarının payı artır. Bu isə həm qiymətlərin formalaşmasına, həm də ərzaq təhlükəsizliyi məsələlərinə birbaşa təsir edir. Mövzu barədə Yenicag.az-a açıqlamasında iqtisadçı Əkrəm Həsənov bildirib ki, ətin bahalaşmasının əsas səbəbi ölkədə sağlam biznes mühitinin formalaşmaması və kənd təsərrüfatı potensialından düzgün istifadə edilməməsidir:
İqtisadçı əlavə edib ki, torpaq resurslarından qeyri-səmərəli istifadə və aqrar sektorda rəqabət mühitinin zəifliyi əsas problemlərdən biridir. Onun sözlərinə görə, real fermerlər üçün maliyyə resurslarının əlçatan olmaması, subsidiyaların qeyri-effektiv bölgüsü və bazara çıxış imkanlarının məhdudluğu istehsalın artmasına mane olur:
Əkrəm Həsənovun fikrincə, idxaldan asılılığın artması daxili bazarı xarici təsirlərə qarşı həssas edir. Belə ki, dünya bazarında qiymətlərin dəyişməsi, logistika xərclərinin artması və ya tədarük zəncirində yaranan problemlər birbaşa Azərbaycan bazarına ötürülür. İqtisadçı hesab edir ki, problemin həlli üçün kompleks yanaşma tələb olunur və ilk növbədə qanunun aliliyi təmin edilməlidir:
Geri qayıt |