Əsas Səhifə > Ana xəbər / Güney Press > Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir?

Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir?


Bu gün, 17:22

Elm və Təhsil Nazirliyinin Mil-Muğan Regional Təhsil İdarəsi fiziki şəxs Musayeva Şəhla Tapdıq qızı ilə satınalma müqaviləsi imzalayıb.
Qaynarinfo xəbər verir ki, müqavilədə binaların icarəyə götürülməsi nəzərdə tutulur. Müqavilənin maliyyə dəyəri 13 500 manatdır.
Satınalma proseduru birmənbə metodu ilə həyata keçirilib. İcarə müddəti və ofisin təyinatı haqqında bilgi yoxdur.
Şəhla Musayevaya gəlincə, onun barəsində açıq mənbələrdə heç bir məlumata rast gəlinmir.

Geri qayıt