Əsas Səhifə > Ana xəbər / Güney Press > "Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..."

"Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..."


Bu gün, 08:05

Aziz Sancar (Nobel laureatı):
"Elmə böyük əhəmiyyət verməliyik. Elmə önəm versək iqtisadiyyat da, sülh də, qardaşlıq da güclənəcəkdir. Əks təqdirdə, sülh, qardaşlıq haqqında nə qədər danışsaq da, heç bir şey edə bilmərik. İdxal etdiyimiz şeylərə deyil, özümüz istehsal etdiyimiz elm və texnologiyaya diqqət yetirməliyik.
ABŞ Çinə ən yüksək tarifləri tətbiq edib. Ancaq Çin buna əhəmiyyət vermir. Çünki Çin elmlə məşğuldur. Nə qədər yaxşı niyyətli olsaq da, elmdə yaxşı olmasaq, dünyaya qarşı çıxa bilməyəcəyik. Çin isə dünyaya qarşıdır.
Çin elm və texnologiya sahəsində Amerikanı geridə qoyub. İlk 3 elmi jurnalda dərc olunan məqalələrin 50 faizi Çindən gəlir. Qalanları Almaniya, Fransa və Amerikadandır.
12 il ərzində Elm Olimpiadalarında mübarizə aparan 5 elm komandası var. İki anqlo-sakson var, qalanları hamısı Çindədir. Və bunlar Amerika elmi qrupudur.
Beləliklə, Amerikanın elm qrupları da çinlilərdən ibarətdir. Biz dönüş nöqtəsindəyik. Nə qədər yaxşı niyyətli olsaq da, elmdə yaxşı olmasaq, dünyaya qarşı dura bilmərik.
ABŞ və Rusiya İkinci Dünya müharibəsində hökmranlıq etdilər. Rusiya yalnız silahlara, ABŞ isə həm silahlara, həm də elmə əhəmiyyət verirdi. Müharibəni tək silahla qazanmaq olmaz, "soyuq müharibə"nin qalibi ABŞ oldu. Bu səbəbdən Rusiya imperiyası dağıldı.
İndi XXI əsrdə, təəssüf ki, ABŞ Rusiyanın buraxdığı eyni səhvləri edir. Son 20 ildə Çin elmi baxımdan ABŞ-ni geridə qoyub".
Bəs biz bu günkü mürəkkəb geosiyasi dönəmdə hansı strategiya ilə hərəkət etməli, milli təhlükəsizliyimizi və iqtisadi inkişafımızı təmin etməliyik?
Təbii ki, elm və təhsilə ciddi münasibətlə, bu sahəyə güclü investisiya ilə, bu proseslərin idarəedilməsinə elmi yanaşmalarla, peşəkar kadrları cəlb etməklə inkişafımızı təmin etdirə bilərik.
ETN isə PR məqsədi ilə, gəlişi gözəl belə sözlər deməklə işini bitmiş hesab edir:
"Müzakirəni açıq şəkildə aparmalıyıq. Ya biz bir-birimizin üzünə gülüb, heç bir ağrılı məsələni qaldırmamalıyıq, ya da müzakirə etməliyik."
(Emin Əmrullayev).
Amma son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik, əvəzində görüntü və imitasiya xarakterli çox işlər gördük.
Təəssüf ki, ETN nə özü bir iş edir, nə də verilən təklifləri, məqalələrdəki ideyaları həyata keçirməyə cəhd edir, dəstək verir.
ETN-nin məsuliyyətsizliyi və səriştəsizliyi səbəbi ilə, bizdə bütün bu proseslər sanki, "AVTOPİLOT" rejimindədir.
Müəllif: dos. İlham Əhmədov 
"DİA-AZ"

Geri qayıt