Əsas Səhifə > Ana xəbər / Güney Press > Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi...

Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi...


Bu gün, 07:30

"Buzovnada - magistral yolun 20 metrliyində, düz mərkəzdə yaşayış binalarının aralığında Mədəniyyət sarayı vardı. "Vardı" deyəndə, bina indi də durur, sadəcə, fəaliyyət sferasını dəyişiblər..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Dünya Sakit qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Sarayda kinoteatr, konsert zalı, müxtəlif idman, musiqi, incəsənət seksiyaları fəaliyyət göstərirdi. Təxminən 15 il, bəlkə də daha çox müddət əvvəl kimsə onu ətrafındakı böyük ərazi ilə birlikdə ələ keçirdi, camaat qovuldu binadan. Az sonra "Manqal" restoranı və şadlıq sarayı olaraq fəaliyyətə başladı. Neçə illərdir bir stulun qiyməti 300 manat olduğu deyilən şadlıq sarayında "əkə"lərin toy-düyünü olduqca, camaat binanı ələ keçirənləri "yad edirdi".
Dünən bilmişəm ki, baş nazirimizin imiş...
Bu isə o deməkdir ki, onun qarşısında yerləşən "Zagulba mall" da onundur. Çünki oradakı kiçik yarmarkanı dağıdıb 20-dən çox ticarətçini də çörəksiz qoyub yerində "mol"u tikmişdilər.
"Mol" binası keçən payızdan boşaldılaraq satışa çıxarılıb. Yəni Əli müəllimin quyusu çoxdan qazılırmış, indi yəqin lazımi "dərinliyə" çatıblar ki, ictimailəşdirirlər..."


Geri qayıt