|

Dünən Xaçmazın 6 saylı məktəbində olan və şagirdlərlə bir parta arxasında əyləşən Elm və təhsil naziri Emin Əmrullayev sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid atəşinə tutulub.
Tribuna.az xəbər verir ki, nazirin sözügedən məktəbə səfəri və və məktəblilərlə bir parta arxasında əyləşməyini çoxları şou adlandırıb. Əfsanə Məmmədova adlı xanım təklif edib ki, yaxşı olar, nazir təmir edilmiş yox, təmirə ehtiyacı olan məktəblərə səfər etsin: “Şou göstərmək üçün əldən gedirlər. Nazirin işi təhsillə maraqlanmaqdır. Təkcə şəkil çəkdirib təmirli məktəbləri gəzmək yox”. Şəfa Ağayeva isə bildirib ki, nazir ancaq əvvəldən hazırlanmış məktəblərə gedir: “Bu hörmətli nazir niyə demir ki, özüm istediyim məktəbə gedəcəyəm. Əvvəldən hazırlıq görürlər. Sonra da naziri həmin məktəbə aparırlar”. Elmin Həsənov adlı Xaçmaz sakini bildirib ki, nazir gedə bilirsə kənd məktəblərinə getsin: “O məktəbin 17 aydır xəbəri var ki, nazir gələcək. Xəbər etmədən Xaçmazın kənd məktəblərinə getsin. Görsün şagirdlərin 40 faizi, müəlimlərin 50 faizi məktəbdədir? Bu ölkədə təhsil ancaq xüsusi məktəblərdə var”.
Aytən Əsgərova isə Emin Əmrullayevi təhsilin evini yıxan nazir adlandırıb: “Təhsilin evini yıxan nazir. Elə görüntü yaradıb ki, guya bu sadədir, safdır, mələkdir. Bir qanadları çatmır”.
Həbib Tağı: “Şagirdlərin çantasını da qaldırıb ağırlığına baxardı kaş. 30 yaşım var, oğlum 1-ci sinfə gedir, çantasını güclə qaldırıram”.
Geri qayıt
|