Əsas Səhifə > Ana xəbər / Güney Press > Köçəryan narazılıq etdi, Putin dərhal tapşırıq verdi

Köçəryan narazılıq etdi, Putin dərhal tapşırıq verdi


Bu gün, 10:22

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan son müsahibələrinin birində Rusiya Prezidenti Vladimir Putinlə görüşdüyünü desə də, detalları açıqlamamışdı. İddialara görə, Köçəryanın Putinlə söhbəti daha çox narazılıq ifadə etmək və məsuliyyəti başqalarının üzərinə yönəltmək cəhdi kimi qiymətləndirilir”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Nəşr yazır ki, Köçəryan Putinə ona mane olunmasaydı və bəzi siyasi fiqurlar, o cümlədən Samvel Karapetyan ortaya çıxmasaydı, ciddi nəticələr əldə edə biləcəyini söyləyib. Keçmiş prezident həmçinin yeni yaradılan “Güclü Ermənistan” hərəkatının yol verdiyi səhvləri sadalayaraq bildirib ki, mövcud vəziyyətdə müxalifət heç biri uğur qazana bilməyəcək.



Məlumata görə, Köçəryan görüşün sonunda Viktor Soğomonyanın Rusiyadakı erməni diaspor təşkilatına rəhbər təyin olunmasını xahiş edib. O bunu əsaslandırarkən hazırkı rəhbər Ara Abrahamyanın Karapetyana qarşı mənfi mövqedə olduğunu və seçkilərdə dəstək vermək əvəzinə, maneə yarada biləcəyini söyləyib. Köçəryan əlavə edib ki, Soğomonyan vasitəsilə “Güclü Ermənistan”ın daha çox səs toplamasına çalışacaq.

Mənbələrin iddiasına görə, Putin yerindəcə xüsusi xidmət orqanlarına Soğomonyanın yoxlanılmasına başlamağı tapşırıb və yekun qərarın nəticələrdən asılı olacağını bildirib. “Hraparak”ın əldə etdiyi məlumata əsasən, Abrahamyan artıq Kremlə çıxış üçün vasitəçi tapmaqda çətinlik çəkir və təşkilata rəhbərliyi itirmək ehtimalını qəbul etməyə başlayıb. Bununla belə, proseslərin uzun çəkəcəyini nəzərə alaraq, seçkilərə qədər vəziyyətin dəyişməyəcəyinə ümid edir.


Geri qayıt