Əsas Səhifə > Ana xəbər / Güney Press > “İclasda vidalaşmaq, halallaşmaq mövzusu olmayıb”

“İclasda vidalaşmaq, halallaşmaq mövzusu olmayıb”


Bu gün, 09:50

"Bugünkü iclasda olanları saytlardan oxuyuruq. Bilmirik qulağımıza inanaq ya gördüyümüzə".

"Yeni Sabah" xəbər verir ki, bunu sosial şəbəkə hesabında “Space” TV-nin əməkdaşı Aysu Allahverdiyeva yazıb:

O əlavə edib: "İclasda vidalaşmaq, halallaşmaq mövzusu olmayıb, danışıqlar sadəcə fəaliyyət dövrünün yaradıcı tərəfini əhatə edirdi. Əvvəlki qaydada işə davam etməyə çalışırıq. Ruh düşkünlüyü yaratmayın, “Bağlanma” xəbərinə sevinənlərin çörəyi artmır, əksinə sevindikləri mövzu neçə ailəni çörəksiz qoyur. Yıxmağa olan həvəsinizi dəstəyə yönəldin. Bacarmırsızsa, ruzi ilə oynamayın. Allah böyükdür”.

Xatırladaq ki, aprelin 16-da “Space” TV-nin bağlanması barədə məlumat yayıb.


Geri qayıt