Əsas Səhifə > Ana xəbər / Güney Press > Lökbatandakı 233 nömrəli məktəblə bağlı SENSASİYA:
Lökbatandakı 233 nömrəli məktəblə bağlı SENSASİYA:Bu gün, 11:55 |
|
Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən 233 nömrəli tam orta məktəbdə baş verənlərlə bağlı səsləndirilən iddialar təhsil ocaqlarında təhlükəsizlik, maliyyə şəffaflığı və tədrisin keyfiyyəti məsələlərini yenidən gündəmə gətirib. Məktəbdə pəncərələrin dəmir torlarla bağlanması planı, müəllimlərdən pul yığılması, dərs prosesindəki pozuntular və işçi heyəti ilə bağlı narazılıqlar valideynlər və müəllimlər arasında ciddi narahatlıq yaradıb. Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən Cəmil Niftəliyev adına 233 nömrəli tam orta məktəbdə baş verənlərlə bağlı KONKRET.az-ın redaksiyasına şikayət məktubu daxil olub.
Qeyd olunur ki, sinif otaqlarında yalnız bir pəncərənin açıq qalması, digərlərinin isə açarla bağlanması planlaşdırılıb.
İddialarda həmçinin bildirilir ki, sözügedən işləri həyata keçirmək üçün Fövqəladə Hallar Nazirliyindən (FHN) hər hansı icazə alınmayıb və bu addım yanğın təhlükəsizliyi qaydalarına zidd sayılır.
Müraciətdə həmçinin tədris prosesində problemlərin olduğu bildirilir. İddialara görə, dərs saatlarının tam keçirilməməsi, xüsusilə 7-ci və 8-ci saatların faktiki baş tutmaması, şagirdlərin dərs vaxtı məktəb daxilində nəzarətsiz qalması ilə nəticələnir. Valideynlərin də bu vəziyyətdən şikayətçi olduğu qeyd edilir.
Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə sorğu ünvanladıq. Qurumdan KONKRET.az-a verilən cavabda bildirilib ki, Bakı şəhəri 233 nömrəli tam orta məktəbdə aparılan xidməti araşdırma zamanı irəli sürülən bir sıra iddialar təsdiqini tapmayıb.
Nazirlikdən əlavə edilib ki, məktəbin və müəllimlərin fəaliyyətinə uyğun olmayan hallarla bağlı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqətdə saxlanılır. Geri qayıt |