Əsas Səhifə > Ana xəbər / Güney Press > İnternet yenə bahalaşacaq?
İnternet yenə bahalaşacaq?Bu gün, 09:29 |
|
Artan inflyasiya, yüksələn xidmət və logistika xərcləri fonunda internet tariflərinin yenidən artırılması gündəmdədir. Belə ki, 2024-cü ildə Azərbaycanda genişzolaqlı internet tarifləri üzrə sürət və ödəniş məbləğinə dəyişiklik edildi. Məhz abunəçilərə 100 Mbit/s internet üçün 25 AZN, 150 Mbit/s internet üçün 30 AZN, 250 Mbit/s internet üçün 36 AZN qiymət tətbiq edildi. Hazırda bəzi ekspertlər internet tariflərində artım ehtimalının olduğunu bildirirlər. Belə ki, artım təqribən 20 faiz civarında ola bilər. Məsələn, 25 manatlıq paketlərin 30 manata, 30 manatlıq paketlərin isə 35 manata yüksəldilməsi mümkündür. Maraqlıdır, internetin qiymətinin artması ehtimal nə dərəcədə realdır? Məsələ ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimli “Cebheinfo.az”-a bildirib ki, hazırda müşahidə olunan logistik xərclərin və ərzaq qiymətlərində artım məhz internet tariflərinə heç bir aidiyyəti yoxdur: “İnternet xidməti təşkil edən şəxslər də istehlak bazarında baş verən proseslərdən təsirlənirlər. Ancaq onların məhsulunun maya dəyəri mövcud proseslərə bir təsiri yoxdur. İnternet xidmətləri bazarı inhisardadır. Yəni burada hər hansı bir rəqabət yoxdur. Qərarlar da razılaşdırılmış şəkildə verilir. Burada bazar fəaliyyət göstərmədiyinə görə, vahid mərkəzdən verilmiş xidmətdir. Qiymətləri də yəqin ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə razılaşdırırlar. Verilmiş qərarların verilməsi zamanı yalnız xərc nəzərə alınmır. Ona görə də qiymətlərlə bağlı məsələlərə ekspertlərin rəyləri sadəcə ehtimaldır. İnternet resurlarını bazara çıxaran konkret iri müəssisələr, qurumlar var və onlar da fəaliyyətlərini koordinasiya edirlər. Aidiyyəti orqanlar da qərarlarını razılaşdırırlar. Bu baxımdam hansı qərar verəcəklərini müvafiq qurum cavablandırmalıdır”. Qeyd edək ki, internet tariflərində artımın olacağı ilə bağlı yayılan məlumatı dəqiqləşdirmək üçün bir neçə müvafiq qurumla əlaqə saxlasaq da onlar bu barədə məlumatlarının olmadığını və ya digər quruma müraciət edilməli olduğunu bildirdilər. Geri qayıt |