Əsas Səhifə > Ana xəbər / Güney Press > Məryəm Abbasova qanunsuz estetik əməliyyatlar icra edir?

Məryəm Abbasova qanunsuz estetik əməliyyatlar icra edir?


Bu gün, 07:32

Estetik cərrah kimi fəaliyyət göstərdiyi iddia olunan Məryəm Abbasova ilə bağlı ciddi şübhələr ortaya çıxıb.

Aparılan araşdırmalar zamanı məlum olub ki, adı çəkilən şəxsin estetik-cərrahi əməliyyatlar həyata keçirməsi üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən verilmiş hər hansı rəsmi icazə sənədi mövcud deyil. Bu isə onun fəaliyyətinin qanuniliyini ciddi sual altına qoyur.

Məsələ ilə bağlı redaksiyamız tərəfindən Məryəm Abbasova ilə əlaqə saxlanılıb. Qarşı tərəf ilkin olaraq lazımi sənədlərin olduğunu bildirsə də, təşkil olunan görüş zamanı heç bir rəsmi sənəd təqdim olunmayıb. Bu fakt iddiaların daha da güclənməsinə səbəb olub.

Bununla yanaşı, mövzunun dəqiqləşdirilməsi məqsədilə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə rəsmi sorğu ünvanlanıb. Mərkəz tərəfindən təqdim olunan məlumatda estetik cərrah kimi fəaliyyət göstərmək hüququ olan şəxslərin siyahısı redaksiyamıza təqdim edilib və həmin siyahıda Məryəm Abbasovanın adına rast gəlinməyib.

Ortaya çıxan faktlar göstərir ki, vətəndaşların sağlamlığı ilə bağlı bu cür hallara qarşı daha diqqətli olmaq vacibdir. Lisenziyasız və qeyri-peşəkar şəxslərə müraciət ciddi fəsadlara səbəb ola bilər.

Məsələ ilə bağlı aidiyyəti qurumların araşdırma aparması zəruridir.

“Xüsusi.Tv”


Geri qayıt