Əsas Səhifə > Ana xəbər / Güney Press > Rusiya Ermənistanda keçiriləcək seçkilərə daha ciddi hazırlaşır...

Rusiya Ermənistanda keçiriləcək seçkilərə daha ciddi hazırlaşır...


Bu gün, 06:59

Nə yazmışdım? Ermənistandakı seçki öncəsi Rusiya Azərbaycanda həbsdə olan Ruben Vardanyanı azad etdirmək, Ermənistanda qəhrəman kimi seçkilərə qatmaq istəyə bilər. 
Artıq Rusiya bu haqda qanun da qayırdı. Başqa ölkələrdə həbsdə və ya təqibdə olan Rusiya vətəndaşları üçün hərbi müdaxilə yolverilən sayılır və bu, bizə və Ermənistana təzyiqdir, çünki orada da rus vətəndaşı olan milyarder və digər ruspərəst publik şəxslər var ki, həbsdə və ya ev dustaqlığındadır.
Tərcüməsi nədir? Rusiya Ermənistandakı seçkilərə ciddi hazırlaşır. Orban və Sandu məğlubiyyətləri görürünür Kremli çilədən çıxarıb...
Bəs bu Ermənistanda uğur üçün kifayətdirmi? Məncə, deyil. Erməni insanı, bizdən fərqli olaraq, siyasi aktiv, gedişatı izləyən və kritik məqamlarda doğru qərar verə bilən toplumdur. Konyuktur davranmırlar. Bu səbəbdən, Rusiyanın indiki zəif dönəmində, Orban və Sandu məğlubiyyətlərindən sonra, düşünmürəm ki, Rusyönümlü kimsə səs ala bilər. Bu, həm də erməni cəmiyyəti üçün riskdir, çünki müharibə olma ehtimalı erməni cəmiyyəti üçün məqbul deyil.
İkinci vacib nüans isə Qərbin, xüsusilə, Avropanın bu niyyətə isti baxmayacağıdır. Orban və Sandudan da sonra özgüvəni artan Qərb Rusiyaya bu lüksü yaşatmaz. Qərb də Paşinyana dəstək verib, onun seçilməsinə maksimum imkan yaradacaq. İctimai rəy də Qərbin tərəfindədir.
Gözləyirəm ki, Macarıstanda olduğu kimi yüksək seçici fəallığı olacaq və hətta "rus, evinə" aksiyası belə keçirilə bilər...
Müəllif: Sadiq Musa 
"DİA-AZ"

Geri qayıt