Əsas Səhifə > Ana xəbər / Güney Press > Şahin Bağırovdan iki rəis təyinatı

Şahin Bağırovdan iki rəis təyinatı


Bu gün, 16:41

Dövlət Gömrük Komitəsinin Kürdəmir gömrük postunda yeni təyinat olub.
Qaynarinfo-nun məlumatına görə, komitə sədri gömrük xidməti general-leytenantı Şahin Bağırovun müvafiq əmri ilə Zaur Quliyev sözügedən postun rəisi vəzifəsinə gətirilib.
Şahin Bağırovun digər əmri ilə bir neçə ay əvvəl Biləsuvar Gömrük İdarəsinin rəis əvəzi təyin olunan Ramil Seyidzadə sözügedən qurumun rəisi vəzifəsinə təsdiqlənib.
Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, polkovnik Natiq Axundov əvvəlcə sualları cavablandıracağını vəd etsə də, daha sonra bundan yayınıb.

Geri qayıt