Əsas Səhifə > Ana xəbər / Güney Press > "Hellim Restoranları" şəbəkəsinin dövlətə böyük məbləğdə borcu yaranıb
"Hellim Restoranları" şəbəkəsinin dövlətə böyük məbləğdə borcu yaranıb15-04-2026, 06:27 |
|
Azərbaycanın tanınmış restoranlar şəbəkələrindən biri olan "Hellim Restoranları" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) vergi borcu olduğu məlum olub. 32gun.az-ın əldə etdiyi məlumata görə, müəssisənin hazırda dövlət qarşısında 44 126,86 manat məbləğində vergi borcu yaranıb. Bu rəqəm şirkətin cari maliyyə öhdəliklərini icra etməkdə çətinlik çəkdiyini göstərir.
Xatırladaq ki, iqtisadiyyat üzrə fəlsəfə doktoru (PhD) olan Kemal Bağzıbağlı Birmingham Universitetinin məzunudur. O, keçmişdə Şimali Kipr Türk Respublikasının Bayındırlıq və Nəqliyyat Nazirliyində müstəşar vəzifəsində çalışıb. Bağzıbağlı hazırda Azərbaycanda fəaliyyət göstərən Hellim Restaurants, Hellim Bakery və KKT Market brendlərinin, həmçinin Yol Yoldaşı mobil tətbiqinin təsisçisidir. Eyni zamanda o, müxtəlif beynəlxalq ultramarafon yarışlarının iştirakçısıdır. Geri qayıt |