Əsas Səhifə > Ana xəbər / Güney Press > Bakı Peşə Hazırlığı Mərkəzinə yeni direktor müavini təyin edilib

Bakı Peşə Hazırlığı Mərkəzinə yeni direktor müavini təyin edilib


14-04-2026, 15:44

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzinə yeni direktor müavini təyin edilib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı DMA-nın İdarə Heyətinin sədri Hasil Abbasov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Qurban Nəzirov Mərkəzin direktor müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Q.Nəzirov bundan əvvəl Agentliyin Mərkəzi Monitorinq və Qiymətləndirmə filialının müdir müavini vəzifəsində çalışıb.


Geri qayıt