Əsas Səhifə > Ana xəbər / Güney Press > AAYDA-da TOY VAR: İki idarə rəisi quda oldu
AAYDA-da TOY VAR: İki idarə rəisi quda oldu14-04-2026, 07:29 |
|
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) iki vəzifəli şəxsi qohum olub. Mia.az-ın əldə etdiyi məlumata görə, 7 nömrəli Yol İstismar İdarəsinin direktoru Məzahir Əliyevin oğlu Ağdaş Yol İdarəsinin direktori Rəhman Əhmədovun qızı ilə ailə qurub. Toy mərasimi aprelin 11-də Bakıda məşhur şadlıq sarayında - “Meridian park luxure”də keçirilib. Məlumata görə, toyda AAYDA və ona bağlı idarələrin rəhbər şəxsləri iştirak ediblər. Onlardan bəziləri cütlüyə bahalı hədiyyələr veriblər. Məsələn, AAYDA-nın Baş mühəndisi Dilqəm Qəniyevin çox bahalı bahalı zinnət əşyası bağışlaması bildirilir: “Dilqəm Qəniyevin belə səxavətli davranması da səbəbsiz deyil…”. Məlumatda Dilqəm Qəniyevlə xüsusən Məzahir Əliyevi bir-birlərinə bağlayan maraqlı iddialar da var. Onlar mövzunun predmeti olmadığından növbəti yazıya saxladıq. Geri qayıt |