Əsas Səhifə > Ana xəbər / Güney Press > “Azəripək” ASC-nin dövlətə 110 min manata yaxın vergi borcu var
“Azəripək” ASC-nin dövlətə 110 min manata yaxın vergi borcu var13-04-2026, 11:19 |
|
“Azəripək” ASC-nin dövlət qarşısında vergi borcu var. Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir. Məlumata əsasən, “Azəripək” ASC-nin vergi borcu 109 584.78 manatdır. Xatırladaq ki, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Baş direktoru Kamran Nəbizadənin 13 aprel 2018-ci il tarixli fərmanı ilə “Azəripək” MMC yaradılıb. Müəssisə Baramadan xam ipək açan istehsalatı, Toxucu istehsalatı, Boyaq-bəzək istehsalatı, Pambıqəyirici istehsalatlarından, Burucu sexi, Xalça sexlərindən və qeyri istehsal sahələrindən İdarə aparatı, Xammal və barama çeşidi şöbəsi, Mexanika və energetika sahəsi, Avtonəqliyyat təsərrüfatından ibarətdir. Geri qayıt |