Əsas Səhifə > Ana xəbər / Güney Press > Vüqar Hüseynov vəzifəsindən gedir?
Vüqar Hüseynov vəzifəsindən gedir?13-04-2026, 06:04 |
|
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov vəzifədən gedir. "DİA-AZ" Mia.az-a istinadən xəbər verir ki, nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov mayın 1-də tutduğu vəzifədən azad ediləcək. Məlumata görə, o, hazırda məzuniyyətdədir: "Mayın 1-də məzuniyyət müddəti bitir və həmin günü də vəzifədən azad edilməsi barədə əmri rəsmiləşəcək". Xəbərdə onun başqa bir quruma vəzifəyə gedəcəyi də bildirilib. Xəbəri yayan sayt bildirib ki, "Yeni təyinatı haqqında informasiyamız var və həmin qurumdakı vəzifəsinin adını tam dəqiqləşdirdikdən sonra yazacağıq. KTN-nin yeni sözçüsünün kim olacağına gəlincə, bu barədə ayrıca xəbərimiz olacaq. Sayt Vüqar Hüseynovun özündən münasibət öyrənməyə cəhd edib. Bildirilib ki, O, Feysbuk və Votsap-dan yazılan sualı oxusa da, cavab verməyib. Geri qayıt |