Əsas Səhifə > Ana xəbər / Güney Press > NHMT-dən Milli Məclisə TƏKLİFLƏR PAKETİ

NHMT-dən Milli Məclisə TƏKLİFLƏR PAKETİ


12-04-2026, 11:01

Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatı (NHMT) İctimai Birliyinin 23 fevral 2026-ci il tarixində Milli Məclisə göndədiyi təkliflər məlum. "DİA-AZ" xəbər verir ki, bu barədə NHMT sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı özünün sosial şəbəkə hesabında paylaşım edib.
Həmin təkliflər paketini istinadla təqdim edirik:
Ölkənin hasilat sektorunda “ əmək qanunvericiliyinin icra vəziyyətinin üzrə apardığımız monitorinq qiymətləndirmə, (nhmt-az.orq) təşkilata daxil olan ərizələr, şikayətlər, bununla əlaqədar sosial şəbəkələdə yayılan müxtəlif yazı və təklifləri nəzərə alaraq NHMT İB-nin ekspertləri tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin bəzi maddələrəinə əlavə və təklikflər hazırlanmışdır;
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsi əvvəlki redaksiyada qeyd edilirdi ki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Lakin 24 fevral 2009-cu il tarixli 771-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 may 2009-cu il, № 105, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 05, maddə 294) ilə 45-ci maddənin 4-cü hissədə “hallarda” sözündən sonra“, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla,” sözləri əlavə edilmişdir. Təşklatımız tərəfindən ölkənin hasilat sektorunda mütamadi aparılan “ ölkənin hasilat sənayəsində əmək qanunvericiliyinin icra vəziyyətinin” monitorinq və qiymətləndirilmələri zamanı, Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə edilən əlavədən sonra, idarə və müəssisələrdə işə qəbul zamanı işçilərlə bağlanan əmək müqaviləsində “müqavilənin müvəqqəti bağlanması” hallarının artması müşahidə olunmuşdur. Həmçinin müddətli əmək müqaviləsinin qurtarması ilə əlaqədar işdən azad olunanların sayının çoxalması da müşahidə olunmuşdur. Açıqlayım ki, daimi xarakterli işə qəbul olunanların əmək müqaviləsinin müvəqqəti müqavilə ilə əvəz edilməsinə hüquqi əsas kimi Əmək Məcəlləsinin 47-ci maddəsinin hansı bəndinə istinad olunan hal müşahidə olunmamişdır. Biz hesab edirik ki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə, işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. “bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla” hissəsi bu maddədən çıxarılmalıdır.
Təklif:
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsi yeni redaksiyada aşağıdakı kimi göstərilməsini məqsədəmüvafiq hesab edirik:
Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda müddətli əmək müqaviləsinin bağlanması qadağandır.
II
Qeyd edək ki, təqaüd yaşına az qalmış işçilərilə əmək müqaviləsinin ləğv edilməsinin qarşısını almaq məqsədi ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 6-cı hissə əlavə edilməsi vacibdir.
Təklif:
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 6-cı hissə:
-pensiya yaşına iki il qalmış işçilərin əmək müqaviləsinin bu Məcəllənin, 67-ci maddəsnin 1-ci hissəsi, 68-ci maddənin 2-ci hissəsinin a, b, c, ç bəndləri, 70-ci mddəsinin b, c, d, e bəndləri ilə müəyyən edilən hallar istisna olmaqla ləğvi edilməsi qadağandır.
III
Həmçinin monitorinqlər nəticələrində qeyd olunub ki, əksər idarə və müəssisələrdə, təqaüd yaşına çatmağına 1-2 il qalmış işçilər müxtəlif vasitələrlə işdən azad olunur. Həmn şəxslərin tutduqları vəzifə ixtisar olunur, onlara iş təklif olunmur və yaxud onlara mənəvi, psixoloji təsir vasitəsilə məcburən işdənçıxma ərizəsi yazdırılır. Həmiçinin onlarla bağlanmış müvəqqəti Əmək Müqaviləsinə xitam verilir. İşçiyə məcburi imza atdırılır və təqaüd yaşına çatan işçi işdən azad olunur. Bu halda təqaüd yaşına az qalmış işdən azad olunan yaşlı işçinin yeni Əmək Müqaviləsi bağlaması çox çətin problemə çevrilir və insan çox çətin vəziyyətə düşür. Bu səbəbdən də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci hissəsinə yəni işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir hissəsinə yeni bənd əlavə edilməsi vacibdir. Belə ki, yeni əlavə edilən bəndə göstərilməlidir ki, təqaüd yaşına çamasına iki ilədək müddət qalan işçilər işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslərdir.
Təklif:
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci hissəsinə aşağıdakı bəndin (7-ci bənd kimi) əlavə edilməsinin məqsədəmüvafiq hesab edirik:
-təqaüd yaşına çamasına iki ilədək müddəti qalan işçilər..."

Geri qayıt