Əsas Səhifə > Ana xəbər / Güney Press > TƏRİF OLAR, AMMA TƏNQİD YOX...

TƏRİF OLAR, AMMA TƏNQİD YOX...


12-04-2026, 07:58

"Mən "repetitor.az" saytından şikayətçiyəm.
Niyə repetitorlar haqqında valideynlərdən gələn mənfi rəyləri qəbul etmirsiniz?.." "DİA-AZ" xəbər verir ki, bu barədə Ceyhun Abdulrəhimov adlı valideyn özünün sosial şəbəkə hesabında gileylənir.

Narazı vətəndaş daha sonra fikrini belə davam etdirir: "Axı mən allanıram, vaxtımı və pulumu boş yerə niyə itirim, halbuki bəzi 'repetitorlar' təcrübəsiz valideynlərin hesabına pul qazanırlar… Məsələn: 5 ulduzlu reytinqə, diplom və sertifikat toplusuna, rəylərdə maşaAllah olsun hamısı biri birindən gözəl .....aldanıram və tələyə düşürəm. Aydındı siz də sayt rəhbərlərı onlarda yalnız qazanc şüarı ilə yaşayırsız, təəsüf.. Lakin valideyni də nəzərə alın.
Doğrusu halal, işini bilən təcrübəli müəllimlər var, amma onları tapmaq üçün həm pulu, həm də vaxtı israf etməliyəm, sayt administrasiyasi niyə?? Axı bütün rəyləri yayımlasanız, təcrübəsiz 'müəllimlərin' qurbanı olmazdıq...Yazılıb, 7–10 illik müəllimlik təcrübələri var, amma cəmi 22–24 yaşlarındadırlar belə cıxır 14 yaşlarından müəllimlik edirlər???
Bunu etməyin, sayt administratorları... Axı Mən və mənim kimi bir çoxu, uşaqlarımızın təhsiliyi içün son qəpiyimizə qədər xərcləyirik. Lakin aldadıcı "reyting" hər şeyi korlayır.
Yazdığımı nəzərə alın zəhmət olmasa gələcəkdə aldanmayım..."


Geri qayıt