Əsas Səhifə > Ana xəbər / Güney Press > "Göy məscid və digər tarixi abidələrimiz Azərbaycanın balansına keçirilməlidir"

"Göy məscid və digər tarixi abidələrimiz Azərbaycanın balansına keçirilməlidir"


11-04-2026, 11:29

“Göy məscid və digər bizə məxsus olan tarixi abidələr Azərbaycanın balansına keçirilməlidir”.

Bu təkliflə Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov çıxış edib.

Deputat Ermənistan ərazisində yerləşən, tarixən Azərbaycana məxsus olan dini və mədəni abidələrin saxtalaşdırılmasına, Ermənistan tərəfindən özünküləşdirilmə cəhdlərinə və bu istiqamətdə aparılan geniş beynəlxalq təbliğata kəskin etirazını bildirib:

“Hesab edirəm ki, bəli, artıq vaxt çatıb və bu barədə danışıqların aparılmasına ehtiyac var. Nəzərə almalıyıq ki, ‘Göy məscid’ tarixən Azərbaycan məscidi olub. Məscidin tarixi kimliyini mütləq qorumaq lazımdır. Bu məsələnin müzakirəyə çıxarılması vacibdir. Münaqişə bitmək üzrədir və Ermənistan bir çox məsələlərdə Azərbaycanla müzakirələr aparır. Hesab edirəm ki, növbəti mərhələdə bu məsələ də masada olmalıdır. Ermənistan tərəfi Azərbaycanın bu prinsipial mövqeyini və yanaşmasını mütləq nəzərə almalıdır”.

C.Məmmədov qeyd edib ki, Ermənistan ərazisindəki irsimiz təkcə Göy məscidlə məhdudlaşmır:

“Bu, təkcə Göy məscid deyil, oradakı bütün məscidlərimiz və tarixi-dini abidələrimizlə bağlı atılacaq kompleks addım olmalıdır. Proses bir neçə istiqamətdə həyata keçirilməlidir. Həmin məscidlər Azərbaycanın balansına verilməlidir. İnanıram ki, bu məsələ zamanla öz həllini tapacaq. Gələcək danışıqlarda bu mövzu mütləq müzakirə edilməlidir. Biz hələlik səbrli olmalı, təmkini qorumalı və bu məsələləri daim diqqət mərkəzində saxlamalıyıq”.


Geri qayıt