Əsas Səhifə > Ana xəbər / Güney Press > Efir qadağası götürüldü: tanınmış müğənnilər yenidən televiziya ekranlarına qayıdır
Efir qadağası götürüldü: tanınmış müğənnilər yenidən televiziya ekranlarına qayıdır11-04-2026, 09:55 |
|
Bir neçə ay əvvəl bəzi müğənnilərə tətbiq edilən efir qadağası cəmiyyətdə geniş müzakirələrə səbəb olmuşdu. Qərar bir çoxları tərəfindən alqışlansa da, bəzi sənətçilərin siyahıya salınması izləyicilər tərəfindən birmənalı qarşılanmamışdı. Tamaşaçılar arasında “ekranda görmək istədiyimiz ifaçılar da qadağaya düşüb” kimi fikirlər tez-tez səsləndirilirdi. “Real Azərbaycan”ın əldə etdiyi məlumata görə, bu gün aidiyyəti qurumda məsələ yenidən müzakirəyə çıxarılıb. Keçirilən ilk iclasın nəticəsinə əsasən, bəzi müğənnilərə tətbiq olunan efir qadağasının ləğvi barədə qərar qəbul edilib. Bildirilir ki, artıq telekanallar üçün həmin ifaçıların verilişlərə dəvət olunması ilə bağlı heç bir məhdudiyyət yoxdur və bu istiqamətdə müvafiq tapşırıqlar verilib. Qadağası götürülən müğənnilər bunlardır: Vəfa Şərifova Ofeliya Şabanova Müğənni Canan Şəbinəm Tovuzlu Firuzə Babayeva Beləliklə, adıçəkilən sənətçilərin yaxın vaxtlarda yenidən televiziya ekranlarında görünəcəyi gözlənilir. Bu qərarın tamaşaçılar tərəfindən necə qarşılanacağı isə maraqla gözlənilən əsas məqamlardan biridir. Geri qayıt |