Əsas Səhifə > Ana xəbər / Güney Press > Vüsal Aslanov rəisi işdən çıxarıb direktor müavini təyin etdi

Vüsal Aslanov rəisi işdən çıxarıb direktor müavini təyin etdi


10-04-2026, 17:14

“Bakı Metropoliteni” QSC-də kadr dəyişikliyi olub.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı QSC-nin sədri Vüsal Aslanov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, QSC-nin Təlim-tədris mərkəzinin rəisi Fərid Hacıağabəyli vəzifəsindən azad olunub.

Sədrin digər əmri ilə o, “Bakı Metropoliteni”nin İnsan resursları üzrə direktor müavini vəzifəsinə təyin edilib.


Geri qayıt