Əsas Səhifə > Ana xəbər / Güney Press > Hasil Abbasov müdir müavinini işdən çıxardı, şöbə rəhbərini onun yerinə təyin etdi

Hasil Abbasov müdir müavinini işdən çıxardı, şöbə rəhbərini onun yerinə təyin etdi


10-04-2026, 09:54

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin (DMA) Mərkəzi Monitorinq və Qiymətləndirmə filialında kadr dəyişikliyi olub.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı DMA-nın İdarə Heyətinin sədri Hasil Abbasov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Qurban Nəzirov Mərkəzi Monitorinq və Qiymətləndirmə filialının müdir müavini vəzifəsindən azad olunub.

Digər əmrlə, onun yerinə isə indiyədək Risklərin qiymətləndirilməsi və təhlil şöbəsinin müdiri vəzifəsində çalışan Azər Əsədov təyin edilib.

Xatırladaq ki, ötən ay Mərkəzi Monitorinq və Qiymətləndirmə filialına Elnur Qasımov müdir təyin edilib. Bu ayın əvvəlində İlham Məlikov filiala müdir müavini təyin olunub.


Geri qayıt