Əsas Səhifə > Ana xəbər / Güney Press > “Xalq Sığorta”da yeni təyinat olub
“Xalq Sığorta”da yeni təyinat olub7-04-2026, 11:40 |
|
“Xalq Sığorta” ASC-də Maliyyə departamentinin rəhbəri – Baş mühasib vəzifəsinə təyinat olub. Banker.az xəbər verir ki, bu vəzifə Həsənova Ənbər Adil qızına həvalə edilib. O, 2025-ci ilin avqust ayından “Xalq Sığorta”da Baş mühasib kimi çalışır. 2022-ci ilin mart ayından 2025-ci ilin avqust ayına kimi “PAŞA Sığorta” ASC-nin Baş mühasibi, 2011-ci ilin oktyabr ayından 2022-ci ilin fevral ayına kimi isə “Atəşgah Sığorta” şirkətində Baş mühasibin müavini kimi vəzifələrdə çalışıb. Ənbər Həsəonova 1997–2001-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Ümumi İqtisadiyyat ixtisası üzrə təhsil alıb. Geri qayıt |