Əsas Səhifə > Ana xəbər / Güney Press > Kremldən Paşinyana açıq-aşkar təhdid...

Kremldən Paşinyana açıq-aşkar təhdid...


6-04-2026, 01:29

“Moskva Ermənistanda keçiriləcək seçkiləri və Ermənistan tərəfinin gələcək planlarını İrəvanla müzakirə etmək hüququnu özündə saxlayır”.

“Cebheinfo.az” xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Biz özümüzü həmkarlarımızla qarşıdan gələn seçkilər kontekstində məsələləri dəqiqləşdirməyə və onların planlarını həqiqətən müzakirə etməyə özümüzü haqlı hesab edirik", - deyə Peskov "Vesti"nin müxbiri Pavel Zarubinlə söhbətində vurğulayıb.

Rusiya Prezidentinin mətbuat katibi qeyd edib ki, Rusiya və Ermənistan yaxın ölkələrdir. “Moskva Ermənistan rəhbərliyinin prioritetlərinə artan maraq göstərir.

Ermənistan bizə yaxın bir ölkədir və onunla dərin tarixi kökləri bölüşürük. Burada 2 milyondan çox erməni diasporumuz var. Buna görə də Ermənistan rəhbərliyinin özü üçün seçdiyi prioritetlər bizim üçün böyük maraq kəsb edir", - deyə Peskov bildirib.

1 apreldə Kremldə Ermənistanın Baş naziri Nikol Paşinyanla danışıqlar zamanı Rusiya prezidenti Vladimir Putin Ermənistandakı Rusiyapərəst siyasi qüvvələrin seçkilərdə iştirak edə biləcəyinə ümid etdiyini bildirib.

Rusiya lideri, həmçinin qeyd edib ki, onların çoxu Rusiya pasportlarına baxmayaraq həbsdədir.


Geri qayıt