Əsas Səhifə > Ana xəbər / Güney Press > Gül kimi AKADEMİKLƏR...

Gül kimi AKADEMİKLƏR...


5-04-2026, 05:13

Azərbaycanda adı yaradılmış yeni qızılgül sortlarına verilən akademiklərin olduğunu bilirdiz?
Onlardan biri Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovdur.
Sortun adı " Akademik Əhliman Əmiraslanov"
Digər sort Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti, geoloq akademik Akif Əlizadənin adını daşıyır
Sortun adı " Akademik Akif Əli-zadə"
Bir başqa sort Mirşahin haqsa çıxışına görə əbədi rəhmət qazanan mərhum akademik Cəlal Əliyevdir.
Sortun adı " Akademik Cəlal Əliyev"
Adının qızılgülə verildiyi digər akademik isə 1968-ci ildən 1987-ci ilə kimi Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutuna başçılıq etmişdi Həsən Əliyevdir.
Sortun adı " Akademik Həsən Əliyev"
Daha bir akademik Tofiq Nağıyevin də adı qızılgül sortuna verilib.
Sortun adı " Akademik Tofiq Nağıyev"
Botanik, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü akademik İmam Mustafayevin də adı Azərbaycanda yardılan qızılgülün yeni sortuna verilib...
Bir sözlə... Gül kimi akademiklərimiz var imiş... Bilməmişik...
Müəllif: Elçin Rəhimzadə - Mənbə: "DİA-AZ"

Geri qayıt