Əsas Səhifə > Ana xəbər / Güney Press > İlham Əliyev-Pezeşkian nümunəsi...

İlham Əliyev-Pezeşkian nümunəsi...


4-04-2026, 10:51

Yer kürəsində Türklərdən çox bir-birinə qənim kəsilən ikinci millət yoxdur. Müxtəlif boylara, sülalələrə bölünüb hakimiyyət uğrunda mübarizələrdə bir-birimizin qanına susamışıq. Amma düşmən saydığımız qardaşlarımızın ağır günündə onlara qarşı yadellilərlə ittifaq qurmamışıq. “Ev bizim, sirr bizim” məntiqilə yeri gələndə “düşmən” qardaşımızı yadelli yağılara satmamışıq. Əksinə, bəzən əl-ələ verib regionumuzu yadelli işğallarından xilas etdiyimiz də olub. Daxili hesablaşmalarımızı regional problemlər səngiyəndən sonra ailə məclislərimizdə müzakirə etməyə üstünlük vermişik.
Azərbaycan və İran prezidentlərinin hazırda bütün ədavətləri bir kənara atıb bir-birinə xoş mesajlar vermələri, hərbi cəhətdən olmasa belə, humanitar yardımlarla bir-birini dəstəkləməyə çalışmaları qədim Türk Törəsindən gələn mənəvi addımlardır. Uzun əsrlər boyu fərqli millətlərin əsarətində yaşamaqlarımıza baxmayaraq, babalarımızdan bizə miras qalan bu xüsusiyyətimizi unutmamağımız sevindiricidir və gələcəyimizə böyük inam yaradır.
Prezident İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana təşəkkür etməsinə münasibət bildirib.
Prezidentin X hesabında paylaşdığı farsca qeydində deyilir:
“İran İslam Respublikasının hörmətli Prezidenti, qardaşım cənab Məsud Pezeşkianın Azərbaycan xalqı və dövlətinin dəstəyinə görə təşəkkürü xalqımız tərəfindən çox yüksək qiymətləndirilir.
Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub və bundan sonra da həm xoş, həm də çətin günlərdə daim bir yerdə olacaqlar”.
Azərbaycanın camışını MOSSAD agenti kimi görən fars şovinistləri və onların ölkəmizdəki uzantıları utansın!
Müəllif: Heydər Oğuz - Mənbə: "DİA-AZ"

Geri qayıt