Əsas Səhifə > Ana xəbər / Güney Press > "Rövnəq Abdullayevin dövründə xərclənən pulların yoxlaması aparılmır"
"Rövnəq Abdullayevin dövründə xərclənən pulların yoxlaması aparılmır"3-04-2026, 13:12 |
|
"Rövnəq Abdullayevin dövründə xərclənən pulların yoxlaması aparılmır". Bunu AFFA prezidenti Rövşən Nəcəf Teleqraf-ın əməkdaşının sualını cavablandırarkən deyib. Rövşən Nəcəfin ona ünvanlanan "Rövnəq Abdullayevin 16 illik AFFA prezidenti olduğu dönəmdə SOCAR-dan bu quruma azı 320 milyon sponsorluq vəsaiti ayrılıb. Siz də hazırda həm AFFA, həm də SOCAR prezidentisiniz. Sizdən əvvəlki dönəmlərdə SOCAR-dan AFFA-ya ayrılan vəsaitin doğru istiqamətdə xərclənib-xərclənməməsinə dair yoxlama aparılıbmı?" sualına cavabı konkret olub: "Yoxlama aparılmır". Qeyd edək ki, SOCAR-ın sabir prezidenti R.Abdullayev eyni zamanda 2008-2024-cü illərdə AFFA-ya rəhbərlik edib. Geri qayıt |