Əsas Səhifə > Ana xəbər / Güney Press > Tramp “Mehdiyev işi”ni necə ARXİVƏ GÖNDƏRDİ...
Tramp “Mehdiyev işi”ni necə ARXİVƏ GÖNDƏRDİ...3-04-2026, 08:11 |
|
ABŞ prezidenti Donald Trampın və İsrailin İrana qarşı savaşı Azərbaycanda bir neçə gündəm mövzusunu da arxa plana keçirdi. O mövzulardan biri Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı cinayət işidir. Musavat.com xatırladır ki, son olaraq İran müharibəsindən 18 gün əvvəl, yəni fevralın 10-da Mehdiyev barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri uzadılıb. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) müstəntiqinin vəsatəti əsasında R.Mehdiyevin barəsində ev dustaqlığı qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı təqdimata Səbayel Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqdimatı təmin edib və R.Mehdiyev barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti daha 4 ay uzadılıb. Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Musavat.com-a bildirib ki, başlanmış cinayət işinin sonunda hüquqi nəticəsi olacaq. Onun sözlərinə görə, hüquqi nəticə o deməkdir ki, istintaq aparan qurum yekunda hər hansı qərar qəbul edəcək: “Bu qərar ya işin məhkəməyə verilməsi olacaq, ya istintaq ittihamdan imtina edəcək, yaxud işin icraatına xitam verəcək və s. Yəni bunlar hüquqi qiymət anlayışıdır. Ramiz Mehdiyev işinə də hüquqi qiymət verilməsini qanun mütləq şəkildə tələb edir Sadəcə, bu hadisə üzrə istintaq müddətinin uzadılması əməliyyat işinin mürəkkəbliyi ilə əlaqəli ola bilər. Çünki bu iş xarici qüvvələrə gedib çıxır. Ona görə də istintaq orqanının Mehdiyev barəsində verilmiş ev dustaqlığı həbsinin uzadılması ilə bağlı təqdimatı başadüşüləndir”. Geri qayıt |