Əsas Səhifə > Ana xəbər / Güney Press > “Qərbi Azərbaycan məsələsi meqalayihədir”
“Qərbi Azərbaycan məsələsi meqalayihədir”30-03-2026, 11:35 |
|
“Qərbi Azərbaycan layihəsi onun aktiv təşviqindən çox əvvəl planlaşdırılıb və onun həyata keçirilməsi üçün dövlət səviyyəsində konkret addımlar atılır”. Tribuna.az xəbər verir ki, bunu erməni hərbi ekspert Hayk Nahapetyan iddia edib. Onun sözlərinə görə, 2011-ci ildə Azərbaycan alimləri Vatikana səfər edərək, arxiv sənədlərini, o cümlədən gizli sənədləri araşdırıblar. “Bu, meqalayihədir. İlham Əliyevin Dərbəndi tarixi ərazi kimi təqdim etməsi də buna dəlalət edir. Buna görə də, “Qərbi Azərbaycan” Rusiya, İran, Suriya və ən azı üç Orta Asiya ölkəsinə təsir edən daha geniş geosiyasi layihənin yalnız bir hissəsidir”. Nahapetyan daha sonra bildirib ki, 1915-ci ildəki hadisələrin Azərbaycan tərəfindən törədilmə ehtimalına inanmır. “Düşünmürəm ki, 1915-ci il faciəsinə bənzər hadisələr Azərbaycan tərəfindən baş verə bilərdi. Amma İran-Yaxın Şərq qarşıdurması olmasaydı, Qarabağda baş verənlərə bənzər bir ssenari tamamilə mümkün olardı”. Geri qayıt |