Əsas Səhifə > Ana xəbər / Güney Press > Ərazi Azərbaycana qaytarılır, ermənilər qaz kəmərinin yerini dəyişir
Ərazi Azərbaycana qaytarılır, ermənilər qaz kəmərinin yerini dəyişir30-03-2026, 10:46 |
|
Ermənistan Gürcüstana müraciət edərək, Rusiyadan çəkilmiş qaz kəmərinin yerinin dəyişdirilməsini xahiş edib. Tribuna.az xəbər verir ki, həmin kəmərin iki ölkə arasındakı sərhəddin bir nöqtəsindən başqa yerə köçürülməsi nəzərədə tutulur. İrəvanın belə bir addım atmasına səbəb həmin kəmərin keçdiyi ərazinin demarkasiya nəticəsində Azərbaycana veriləcəyidir. Bunu Ermənistan Baş nazirin aparat rəhbəri Araik Harutyunyan da təsdiqləyib. “Bu, Azərbaycanla sərhədlərin demarkasiyası ilə bağlıdır. Çünki kəmərin keçdiyi yerlərin bir qismi demarkasiya nəticəsində Azərbaycana qaytarılacaq”. Geri qayıt |