Əsas Səhifə > Ana xəbər / Güney Press > Seldən qurtuluş üçün daha bir yol: Səlahiyyətləri bələdiyyəyə verək...
Seldən qurtuluş üçün daha bir yol: Səlahiyyətləri bələdiyyəyə verək...29-03-2026, 01:43 |
|
Yaponiyadan mütəxəssis gətirib Bakıya mer qoysanız belə, nə bu şəhərin kanalizasiyası, tıxacı, nəqliyyatı düzələn deyil.
Hacıbala və ona tabe olan icra başçıları paytaxtı məhv ediblər. Nə park yeri saxlayıblar, nə yeni yollar üçün sahə, nə də kanalizasiya və avropark infrastrukturuna yer qoyublar. Bu xaosu düzəltmək artıq qeyri-mümkündür.
Çıxış yolu bölgələrin inkişafındadır. Pul rayonlara axmalı, gənclərin şəhər arzulamayacağı şərait yaradılmalıdır ki, hamı Bakıdan çıxıb öz kəndinə qayıtsın. Bakı artıq bu yükü götürə bilmir.
Real bələdiyyə sisteminə keçməyincə bu işlər düzəlməyəcək. İcra sistemi tamamilə uğursuzdur, ora hansı gənci təyin edirsizsə edin, heç nəyi tutuzdura bilməyəcəklər. Təsərrüfatı məhv edib, torpaqları işğal ediblər. Soveti də elə bu təyin olunmuş kolxoz və sovxoz müdirləri dağıtmışdı.
Xalq öz tanıdığı, güvəndiyi adamları rayonuna, kəndinə idarəçi seçməlidir. Ondan şərait, düzgünlük və ədalət tələb etməlidir. Tələbləri yerinə yetirilməyəndə isə onu qovub başqasını seçməlidir, ta ki, layiqini tapana qədər.
Ölkə qurmaq üçün yeni model kəşf etməyə ehtiyac yoxdur. İnkişaf etmiş dövlətlərin təcrübəsini tətbiq etmək kifayətdir. Avropada düzənin və iqtisadiyyatın əsas dayaqlarından biri güclü bələdiyyə sistemidir.
Amma bələdiyyəni xalq seçəndə, o bələdiyyə sədri bilir ki, küçəni süpürməsə, özünə biznes qursa, rüşvət alsa gələn seçkidə xalq onu qovacaq.
Müəllif: Orxan Atabəy - Mənbə: "DİA-AZ"
Geri qayıt |