Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycanlı iş adamının ofisini ruslar DRONLA VURDU

Azərbaycanlı iş adamının ofisini ruslar DRONLA VURDU


29-03-2026, 01:30

"Rusiya Silahlı Qüvvələrinin Ukraynada mülki obyektləri hədəfə almasına dair daha bir fakt əldə etmişik..." "DİA-AZ" xəbər verir ki, bu barədə məlumatı tanınmış jurnalist Sima Babayeva özünün sosial şəbəkə hesabında paylaşıb.
Məlumatda daha sonra deyilir: "Bu dəfə işğalçılar Odessada fəaliyyət göstərən "Birlik" Ukrayna Azərbaycanlıları Diaspor Cəmiyyətinin sədri, iş adamı Cəlil Astanovun ofisini dronla vurublar. Ofisə ciddi ziyan dəyib. Xoşbəxtlikdən Cəlil Astanov və digər əməkdaşlar xəsarət almayıblar. Çünki hadisə gecə baş verdiyi üçün obyektin daxilində heç kim olmayıb.
Beləliklə, bu hadisə Rusiyanın yalnız hərbi obyektləri nişan almadığını sübut edir. Hələki rəsmi Moskva bu insidenti şərh etməyib.
Xatırladım ki, ötən il avqustun 28-də gecə saat 3 radələrində Rusiya Ukraynanın paytaxtı Kiyev şəhərinə raket və dron hücumları edən zaman raketlərdən biri ölkəmizin Ukraynadakı səfirliyinin binasının yaxınlığında partlamış, zərbədən binaya zərər dəymişdi".
Video 1: https://www.facebook.com/share/r/17R7nSnWHA/
Video 2: https://www.facebook.com/share/v/1VfJAN4WYb/

Geri qayıt