Əsas Səhifə > Ana xəbər / Güney Press > Londonda İran müzakirələri: azərbaycanlılar da orada...
Londonda İran müzakirələri: azərbaycanlılar da orada...Bu gün, 13:37 |
|
Bu gün-martın 28-də Londonda İranın gələcəyi ilə bağlı “İranın Azadlığı” adlı konqres başlayıb. İştirakçılar arasında azərbaycanlılar da yer alır. Onların sırasında OCAQ (Azərbaycan Demokratiya və İnkişaf Mərkəzi) İdarə Heyətinin üzvü Əlirza Ərdəbili, azərbaycanlı siyasi fəal və Azərbaycan Demokrat Partiyasının sözçüsü Simin Səbri, hüquq müdafiəçisi Əfşin Cəm, İran Sol Partiyasının İctimaiyyətlə Əlaqələr üzrə məsulu Pərviz Nəvidi, Kommunist Fəhlə Partiyası Mərkəzi Komitəsinin katibi Həmid Təqvai, Əl-Əhvaz Milli Demokratik Hərəkatı Partiyasının sözçüsü Əbdülrəhman Heydəri, respublikaçı fəal Məryəm Sütuvvət və digər tanınmış şəxslər iştirak edir.Konqres, İran tarixində kritik bir dövrdə ciddi, məsuliyyətli və gələcəyə yönəlmiş dialoqu asanlaşdırmaq üçün strukturlaşdırılmış platforma kimi təşkil olunub.
Geri qayıt |