Əsas Səhifə > Ana xəbər / Güney Press > "Bir-birindən fərqli beş-altı qurumun heç biri məsuliyyəti üzərinə götürmür, yollar da iflic vəziyyətdə qalır"
"Bir-birindən fərqli beş-altı qurumun heç biri məsuliyyəti üzərinə götürmür, yollar da iflic vəziyyətdə qalır"Bu gün, 12:52 |
|
“Bakıda baş verən hadisələr bir daha göstərir ki, güclü yağış yağan kimi şəhər təsərrüfatının problemləri artmağa başlayır. Buna görə də nəqliyyat, yol və başqa infrastrukturlar yerli icra hakimiyyətlərinə verilməlidir. Konkret məsuliyyət daşıyan qurum olmalıdır. Bir-birindən fərqli beş-altı qurumun heç biri məsuliyyəti üzərinə götürmür. Yollar da bu cür iflic vəziyyətdə qalır”. Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib. Deputat bildirib ki, səlahiyyətləri ya yerli icra hakimiyyətlərinə, ya da kimliyindən asılı olmayaraq xüsusi nümayəndəyə vermək lazımdır: “Bələdiyyə faktiki olaraq fəaliyyət imkanına malik deyil. Heç olmazsa yerli icra hakimiyyəti orqanları bu funksiyanın öhdəsindən gələrlər. Yol çəkilir, yerli icra hakimiyyətinin xəbəri yoxdur... Yolda heç bir drenaj yox... Elə-belə asfalt vurub getdin, bununla olmur ki. Ərazilərdə yerli icra hakimiyyətlərinin səlahiyyətlərinin artırılmasına ehtiyac var ki, onlar da məsuliyyət daşısınlar. Yoxsa bu formada davam etməklə, hər dəfə də gileylənməklə məsələ həllini tapmır. İdarəetmədə olan çevikliyi artırmaq lazımdır. Başa düşürük, bütün şəhərin əksər yerlərində normadan artıq yağış yağıb. Hər halda buna əncam çəkilməsi üçün doğru addımlar atılmalıdır ki, belə fəsadlar olmasın. Bütün iş həyatı dayanır, iqtisadiyyata zərbə vurur. Bu istiqamətdə sağlam bir strategiya izlənilməlidir. İndiki yaranmış situasiyaya görə hər dəfə körpünün altı su ilə dolur. Bu necə olar bilər? Ya körpü düzgün qurulmayıb, ya da suyun oradan çəkilməsi üçün vaxtında addımlar atılmayıb. Bunları etmək lazımdır...” Geri qayıt |