Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycanda buraxılan meyvə şirələri və konservlər ANBARLARDA QALIB

Azərbaycanda buraxılan meyvə şirələri və konservlər ANBARLARDA QALIB


Bu gün, 11:54

Azərbaycanda istehsal olunan meyvə şirələrinin və konservlərin satışında ənənəvi problemlər davam edir.

"DİA-AZ" xəbər verir ki, ölkədə buraxılan meyvə şirələri və konservlərin həcmi anbarlarda satışın çətinliyi özünü istehsalda da göstərir, nəticədə şirkətlər istehsalı azaltmalı olurlar.

Belə ki, 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanda 589,1 min dekalitr, yəni təxminən 5,9 milyon litr meyvə şirəsi istehsal edilib.


"DİA-AZ" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-in eyni dövrü ilə müqayisədə 15,2% azdır.

Meyvə-tərəvəz konsenrvlərində də eyni vəziyyətdir. 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanda 23 min 410,8 ton meyvə-tərəvəz konservləri istehsal edilib ki, bu, bir il əvvəlki göstəricidən 15,2 % azdır.

Maraqlıdır ki, ölkənin anbarlarında böyük həcmdə meyvə şirəsi və konserv ehtiyatları toplanıb. Belə ki, bu il martın 1-nə olan vəziyyətə anbarlarda 798 dekalitr, yəni təxminən 8 milyon litr meyvə şirəsi ehtiyatı yığılıb.

Anbarlarda qalan meyvə-tərəvəz konservlərinin həcmi isə 18 min 247,8 tondur.
Son bir ildə anbarda qalan meyvə şirələrinin həcmi 11,6%, konservlərin həcmi isə 9,3% azalıb.


Geri qayıt