Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycanlı avtoritetlərin lideri HAKİM QARŞISINDA
Azərbaycanlı avtoritetlərin lideri HAKİM QARŞISINDABu gün, 11:52 |
|
Rusiyanın Orenburq vilayətində kriminal aləmdə “Zaur Naxçıvanski” kimi tanınan Zaur Şipilovun işi üzrə üçüncü məhkəmə iclası keçirilib. O, cinayət iyerarxiyasında yüksək mövqe tutmaqda ittiham olunur. Lent.az yerli mediaya istinadla bildirir ki, prosesdə şahidlərdən biri, təqsirləndirilənin qonşusu, Şipilovun tez-tez getdiyi ailəvi saunanın administratoru Aleksandr dindirilib. Onun sözlərinə görə, Şipilov ora həyat yoldaşı və üç övladı ilə, eləcə də dostları ilə gəlirmiş. Məişətdə o, özünü “Jenya” adı ilə təqdim edirmiş və yaxınları da onu belə çağırırmış. Şahid onu “səliqəli və mehriban insan” kimi xarakterizə edib. Həmçinin prokuror 2025-ci ilin yayında yazıya alınmış telefon danışıqlarının stenoqramlarını təqdim edib. Bu danışıqlarda münaqişələr, qızıl və kriminal mühitdə münasibətlər müzakirə olunur. Məhkəmədə səsləndirilən ifadələrdən birində Şipilovun belə dediyi bildirilib: “Polisə silahı qaytardın, insanları təhqir edirsən, sonra isə görüşüb dostluq edirsən”. Danışıqlardan birində həmsöhbət ona belə deyir: “İnsan oğru olmaq istəməsə də, amma daxilən “avara” ola bilər. Və təbii ki, buna uyğun yaşamalıdır. Amma bu onun öz qərarı deyil, bunu ona başqaları deməlidir”. Bundan əlavə, ittiham tərəfi sosial şəbəkələrdən götürülmüş materialları da təqdim edib. Söhbət Şipilovun tematik icmalarda, o cümlədən “VKontakte”də on minlərlə izləyicisi olan “Qanuni oğrular” qrupunda yerləşdirilmiş fotoları və paylaşımlarından gedir. Bu paylaşımlarda onun ləqəbinə işarə edən qeydlər yer alıb. Bir neçə şahid iclasa gəlməyib. Növbəti məhkəmə iclası martın 31-nə təyin edilib. Xatırladaq ki, 40 yaşlı Zaur Şipilov Rusiya Cinayət Məcəlləsinin 210.1-ci maddəsi ilə ittiham olunur. Ona 8 ildən 15 ilə qədər azadlıqdan məhrumetmə və 5 milyon rubla qədər cərimə cəzası təhdid edir. İstintaqın versiyasına görə, o, 2019-cu ilin aprelindən 2025-ci ilin iyuluna qədər cinayət iyerarxiyasında yüksək mövqe tutaraq regionda kriminal təsir göstərib. Prokurorluğun məlumatına görə, o, kriminal mühitin “liderləri” ilə görüşlərdə iştirak edib, mübahisələri həll edib və cəmiyyətdə kriminal ideologiyanın yayılmasına töhfə verib. Təqsirləndirilənin və ailə üzvlərinin ümumi dəyəri 13 milyon rubldan çox olan əmlakına həbs qoyulub. Şipilov özü daha əvvəl “qanuni oğru” statusunu qəbul etmədiyini bildirib. O, Orenburqda doğulub. Atası azərbaycanlı mərhum kriminal avtoritet Bayram Talıbovdur. KİV məlumatlarına görə, Şipilov 2013-cü ildə Türkiyədə “taclandırılıb”. Qeyd edək ki, Zaur Naxçıvanski Rusiyanın 1 nömrəli "qanuni oğru"su Şakro Molodoyun istəyi ilə ölkədəki azərbaycanlı kriminal dairələrin lideri seçilib. Geri qayıt |